Məşhur həkim və arvadı qəzada öldü - 2 aylıq uşağı sağ qaldı

Məşhur həkim və arvadı qəzada öldü - 2 aylıq uşağı sağ qaldı

Xəbər verdiyimiz kimi, dünən Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"KİA" markalı minik avtomobilinin "VAZ" markalı minik avtomobili ilə toqquşub. Nəticədə, "KİA" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əkbərov Əli Əsəd oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

Əli Əkbərov kardioloq olub. O, Bakının məşhur klinikasında işləyirmiş.

Elə maşında da həyat yoldaşı Leyla, 2 aylıq övladları Yunus Əkbərov və qayınatası Yunus Əsgərxan oğlu Salahovla bərabər olub. 

Qəza nəticəsində Əli Əkbərov xanımı Leyla ilə dünyasını dəyişsə də, 2 aylıq Yunusun sağ qaldığı deyilir./Qafqazinfo.az/
[video=http:// ]
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az