Məşhur "qanuni oğru"nun düşməni tutuldu

Məşhur
Rusiya polisi Sankt-Peterburqda qanuni oğru Alxas Qudautskini həbs edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Daxili İşlər Nazirliyi yayıb.
 
Qudautskiyə qarşı Sankt-Peterburqdakı restoranlardan birində əməliyyat həyata keçirilib. Onun üzərindən 12 qram kokain tapılıb.
 
Qeyd edək ki, Qudautski əslən Gürcüstandandır. O, kriminal aləmdə daha çox Mikeladze qardaşlarına yaxın hesab edilir. Mikeladze qardaşları isə rus mafiyasının mərhum lideri Ded Xasan və ondan sonrakı liderlərə qarşı əsas müxaliflərdən hesab olunur.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az