Məşhur türk aktyor “donuz qripi”nə yoluxub-Barış Falay

Məşhur türk aktyor “donuz qripi”nə yoluxub-Barış Falay
Hazırda "Paramparça” serialında çəkilən aktyor Barış Falay "donuz qripi”nə yoluxub.

Qafqazinfo-nun verdiyi məlumata görə, yüksək temperaturla xəstəxanaya aparılan aktyora "donuz qripi” diaqnozu qoyulub.

Beşiktaş rayonunda Gayrettepe bölgəsindəki özəl xəstəxanada müalicə olunan B. Falayın buna görə bir müddətdir ki, serialın çəkilişlərində iştirak etmədiyi ortaya çıxıb.

Qeyd edək ki, Türkiyədə 60-a yaxın insan "donuz qripi”ndən ölüb.

Məşhurlardan isə model Ebru Şallının oğlu, aktrisa Gamze Topuzun qızı və müğənni Bülent Ersoy "donuz qripi”nə tutulub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az