Vətəninfo.az xəbər verir ki, Argentinalı ulduz Lionel Messi son bir ildə ən çox vergi ödəyən futbolçu olsa da, ona qarşı ittiham irəli sürülüb. Belə ki, ildə 53 milyon avro vergi verən Messi vergi yayındırmaqda ittiham edilir. ANS PRESS-in məlumatına görə, prokurorluq Messi haqqında vergi qaçaqçılığı ilə açılan iddianın davam etdirilməsi barədə qərar verib. Bu qərarla "Barselona"nın ulduzu Messi təkrar olaraq şübhəli şəxs qismində ittiham olunacaq. Məhkəmə Messinin ödədiyi 5 milyon avroluq vergi cəzasının onun şübhəli kürsüsündə oturmasına maneə olmayacağı qənaətinə gəlib. Qeyd edək ki, yaxın günlərdə ulduz futbolçunun məhkəmə qarşısında çıxacağı tarix açıqlanacaq. Messi vergi yayındırmaqda və gəlir bəyannəməsində saxtakarlıq etməkdə günahlandırılır.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi