Məsut Özil Türkiyəyə gəlir

Məsut Özil Türkiyəyə gəlir

Futbolçu "Fənərbaxça"da çıxış edə bilər

Türkiyənin "Fənərbaxça" klubu "Arsenal"ın türk əsilli futbolçusu Məsut Özili transfer etməyi planlaşdırır.


Türkiyə mətbuatının verdiyi məlumata görə klub rəhbərliyi Məsut Özilin trasferi üçün yüksək məbləğdən keçməyə hazır olduqlarını bildirib. “Yaxın vaxtlarda “Bir milyon üzv” layihəsi çərçivəsində klubun büdcəsinə təxminən 1 mln. dollar daxil olacaq. Bu isə o deməkdir ki, Özilin transferi üçün lazım olan məbləğ hazır olacaq”.

“Arsenal”ın isə türk əsilli futbolçunun transferinə imkan verməyəcəyi bildirilir.

Qeyd edək ki, Məsut Özil bu mövsüm İngiltərə çempionatında 21 oyuna çıxıb, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az