Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Metronun fəaliyyətinin bərpası hələ müzakirə edilir.
Miq.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu istiqamətdə müzakirələr davam etdirilir:
"Təhsil sisteminin açılması ilə əlaqədar bu istiqamətdə suallar artır. Lakin yoluxma riski nəzərə alınaraq, bu məsələnin müzakirəsi davam etdirilir.
Metronun açılması ilə bağlı qərar qəbul olunarsa, ictiamiyyətə məlumat veriləcək”.
Miq.Az