“Metropark”da faciə: 6 yaşlı qızın barmağı qopub

“Metropark”da faciə: 6 yaşlı qızın barmağı qopub
Bakı şəhəri, Nərimanov rayonunda yeləşən "Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Miq.az xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan "Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. 

Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az