Metsamorun rəhbərliyi cinayət dəstəsi yaradıb

Metsamorun rəhbərliyi cinayət dəstəsi yaradıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamordakı "Ermənistan Atom Elektrik Stansiyası" QSC üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktı üzrə ibtidai istintaqı başa vurub.
 
Report xəbər verir ki, ibtidai istintaq zamanı "Metsamor" AES-in baş direktoru, kommersiya direktoru, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini və QSC-nin digər şöbələrinin rəhbərlərinin mütəşəkkil cinayətkar qruplaşma yaratdıqları və xidməti mövqelərindən istifadə edərək külli miqdarda vəsaiti mənimsədikləri aşkar edilib.
 
MTX-nin məlumatına əsasən, dövlət vurulmuş ziyan 783 milyon 586 min dram təşkil edib.
Faktla bağlı cinayət işi məhkəməyə göndərilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az