Mikoyanın nəticəsi Moskva vilayətində bıçaqlanaraq öldürüldü

Mikoyanın nəticəsi Moskva vilayətində bıçaqlanaraq öldürüldü

Məşhur musiqiçi Stas Naminin oğlu və qayınanası Moskva vilayətində öz kottecində bıçaqlanaraq öldürülüb.

 

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq şöbəsi məlumat yayıb.

 

Qeyd olunub ki, "Qorki Parkı” və "Çiçəklər” qruplarının yaradıcısı Stas Naminin oğlu Artyom Mikoyan və qayınanası Paraskoviya Tkaçenko Moskva vilayətində yaşadıqları kottecdə öldürülüb. Meyitlərin üzərində çoxsaylı bıçaq izləri aşkarlanıb.

 

Hadisə yerindən bıçaq və çəkic götürülüb. Faktla bağlı cinayət işi açılıb.


Cinayət əməlini törətməkdə şübhəli bilinən Artyomun böyük ögey qardaşı Roman Mikoyan saxlanılıb və hazırda dindirilir.

 

Xatırladaq ki, Stas Naminin əsl adı Anastas Mikoyandır. O, SSRİ Siyasi Bürosunun üzvü və bir sıra nazir postlarının icra etmiş babası Anastas Mikoyanın şərəfinə belə adlandırılıb./APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az