Milli Məclis bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad olunması barədə qərar verdi - SİYAHI

Milli Məclis bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad olunması barədə qərar verdi - SİYAHI

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Miq.Az xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az