Milyonlarla insan aclıqdan ölə bilər - Dəhşətli xəbərdarlıq

Milyonlarla insan aclıqdan ölə bilər - Dəhşətli xəbərdarlıq

"Yəməndə mühasirə aradan qaldırılmasa, milyonlarla insana təsir edə biləcək dəhşətli ərzaq qıtlığı baş verə bilər”.
Bu barədə BMT baş katibinin köməkçisi Mark Lovkuk məlumat verib. 

BMT yetkilisi bununla bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib. "Səudiyyə Ərəbistanı Yəmənə tətbiq etdiyi mühasirəni aradan qaldırmasa – bu ölkəyə yardım çatdıran dəniz və hava sərhədlərini açmasa, Yəməndə dünyanın ən böyük qıtlığı yaşana bilər. Mühasirə ləğv edilməyəcəyi halda, Yəməndə baş verəcək qıtlıq Cənubi Sudanda on minlərlə insana təsir edən, yaxud, 2011-ci ildə Somalidə 250 min insanın həyatına son qoyan qıtlıq kimi olmayacaq. Bu, milyonlarla insanı aclıqdan öldürə bilər”, - deyə Lovkuk vurğulayıb. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az