Mindən çox abituriyent qeydiyyatdan keçməyib

Mindən çox abituriyent qeydiyyatdan keçməyib
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatdan keçmə müddəti bu gün sona çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 31108-i artıq qeydiyyatdan keçib. 1171 nəfər abituriyent isə hələ də qeydiyyat prosesində iştirak etməyib.
Ali məktəblərə qeydiyyat prosesi 27 avqust saat 17:00-da başa çatacaq.
Tələbə adı qazanan şəxslər həmin vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az