Mirşahin Ağayev xəstəxanaya aparıldı-ANS-dən açıqlama (Yenilənib)

Mirşahin Ağayev xəstəxanaya aparıldı-ANS-dən açıqlama (Yenilənib)
Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev xəstəxanaya aparılıb.

Miq.az femida.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Mirşahin Ağayev işdə özünü pis hiss edib və o ürək tutması şikayəti ilə təcili olaraq xəstəxanaya aparılıb.

Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.

*****
 12:54

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Mirşahin Ağayevin xəstəxanaya aparılması ilə bağlı yayılan məlumatları AzNews.az-a təsdiqləyib. O, vitse-prezidentin səhhətinin hazırda yaxşı olduğunu deyib. 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az