Misir Bəşər Əsədlə münasibətləri bərpa edir
Dəməşq və Qahirə arasında 3 ildir kəsilən diplomatik münasibətlərin bərpasına qərar verilib.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, bu Suriya Milli Təhlükəsizlik Şurasının başçısı Əli
Məmlükün Suriyaya səfərindən sonra baş verib. O, burada xunta rejiminin
prezidenti Əbdül Fəttah əs Sisi ilə görüşüb.
Suriya Misirdəki
səfirini 2012-ci ildə geri çağırmışdı. Bu ərəb ölkələrinin Əsəd rejiminə
blokada elan etməsindən sonra baş vermişdi.
Tərəflər tezliklə səfirləri geri qaytarmaq, diplomatik münasibətləri tam bərpa etməyə söz verib.