Mixaylonun öz xətti ilə yazdığı - Şeir
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev "Mixaylo” ləqəbi ilə məşhur olan partisan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin öz xətti ilə yazdığı şeirini paylaşıb.
Kult.az-a istinadən 1944-cü ildə yazıldığı bildirilən şeiri təqdim edirik:
Nə olur bir sarı yapraq olaydım
Sabahın yelləri alaydı məni
Aşıb bəyaz qarlı hündür dağları
Vətən torpağına salaydı məni
Sabahın yelləri alaydı məni.
Əzizim ellər ayrısı,
Bülbüləm güllər ayrısı,
Bir gününə dözməzdim, yar
Olmuşam illər ayrısı.
4.04.1944
"Pola”, İtaliya.
Miq.Az