MN-dən ermənilərə xəbərdarlıq - sarsıdıcı olacaq

MN-dən ermənilərə xəbərdarlıq - sarsıdıcı olacaq
Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

"Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib". Bu barədə məlumat İstiPress-ə Müdafiə nazirliyindən verilib.
Nazirliyin açıqlamasında qeyd edilir ki, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az