Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm"

Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm
Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.
 
Bir neçə aydır ki, dərsdən sonra "Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.
 
Məktubda bunlar qeyd edilib: "Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.
 
İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az