Mollalar dövlət tərəfindən təyin olunacaqlarsa, işdən azad olunacaqları təqdirdə...

Mollalar dövlət tərəfindən təyin olunacaqlarsa, işdən azad olunacaqları təqdirdə...

Dini etiqad azadlığı haqqında qanuna edilən dəyişiklikdən sonra məscidlərin axundlarını müvafiq icra hakimiyyəti orqanı-Dini Qurumllarla bağlı dövlət Komitəsi təyin edəcəkdir.

Bununla da Konstitusiyada  əks olunmuş din dövlətdən ayrıdır prinsipinə son qoyulacaqdır.
Konstitusiyanın 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Bu məntiqlə dini etiqadlar arasında bərabərliyi təmin etmək üçün onda gərək kilsələrdə, sinaqoqlarda  da təyinatları Komitə etməlidir.

Əgər mollalar dövlət tərəfindən  təyin olunacaqlarsa onlarla artıq əmək müqaviləsi bağlanmalıdır, yaxud bu münasibətlər hansısa formada rəsmiləşdirilməidir.  Onlar işdən azad olunduğu təqdirdə məhkəməyə müraciət etmə hüquqları tanınmalıdır.

Azərbaycanda faktiki olaraq məhkəmə və qanunverici hakimiyyəti müstəqil olmamaqla icra hakimiyyətindən asılıdır.

Qalmışdı dini məsələlər  o da icra hakimiyyətinə tabe olandan sonra qayıdırıq  qədim şərqə. Orda ölkə başçısının əlində icra, məhkəmə, qanunverici səlahiyyətdən başqa  həmçinin dini hakimiyyət də var idi.

Cavad Cavadov


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az