Məşhur italyan aktrisası, Kann kinofestivalında iştirak edən Monika Bellucci maqazin mediasının onun şəxsi həyatına dair sualları ilə qarşılaşıb.
Vətəninfo.az Virtualaz.org saytına istinadən xəbər verir ki, İtaliyanın maqazin mediası ötən il əri fransız aktyoru Vensan Kasseldən boşanan və hazırda subay olan M.Bellucciyə yəhudi əsilli Azərbaycan milyarderi Telman İsmayılovla sevişdiyi barədə çoxdandır dolaşan şayiələri xatırladıblar.
Jurnalistlər ondan yeni sevgilisinin Telman İsmayılov olub-olmadığını soruşublar. M.Bellucci bu şayiələrə münasibət bildirmək istəmədiyini, ancaq hazırda tək olduğunu, qızı ilə yaşadığını bildirib. Aktrisa deyib ki, sevgi onun həyatında həmişə başlıca rol oynayıb və yenidən sevməyə qarşı deyil. Hərçənd ki, aktrisa yenidən kimisə sevə biləcəyinə skeptik yanaşdığını da deyib.
“Sevgi mənim həyatımda mühüm rol oynayır, ona görə də mən yenidən sevə bilərəm. Əslində niyə də olmasın? İndi hər şey dəyişib, hətta nənələr də vurulur” - deyə M.Bellucci bildirib. Xatırladaq ki, ötən il dünya mediasında yayılan şayiələrə görə, M.Bellucci ərindən məhz T.İsmayılovla olan sevgi münasibətlərinə görə boşanmışdı.
Bildirilirdi ki, M.Bellucci “AST Telman” ləqəbli T.İsmayılovla 2009-cu ildə Antalyada “Mardan Palace” otelinin açılılışında tanış olub və o vaxtdan onunla görüşməyə başlayıb. Lakin T.İsmayılovun oğlu mətbuata açıqlamasında demişdi ki, atası bu şayiələri gülüşlə qarşılayıb.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT