“Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb...”- Ermənipərəst Duma üzvü

“Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb...”- Ermənipərəst Duma üzvü

"Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır…”
 
"Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb”. 
 
Moderator.az xəbər verir ki, social şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin  söyləyib.
 
"Biz öz öhdəliklərimizdən boyun qaçırmağa və  yayınmağa alışqan deyilik. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır. Bu, Putinin canlı çıxışında da qeyd edildi"- Dumanın ermənipərəst üzvü açıqlamasının ardında belə deyib.
 
Xatırladaq ki, K.Zatulin Rusiya-Ermənistan "Lazarev” klubunun təsisçisi və lideridir...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az