Moskvada erməni diaspor sədri güllələndi
Papazyan həm də iş adamı olub
Moskvada erməni biznesmen güllələnib. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Arsen Papazyan şəhərin mərkəzində, naməlum şəxs tərəfindən evinin qarşısında güllələnib. Güllələr onun ağciyərlərini zədələyiblər.
Papazyan həm Voronej vilayətinin ictimai palatasının üzvi və "Ani" erməni mədəni-xristian icmasının sədri olub. Papazyan inşaat işi ilə məşğul olurdu və erməni diasporasının nüfuzlu simalarından biri hesab edilirdi. 45 yaşlı erməni iş adamı Voronejdəki erməni diasporasının lideri adlandırılırdı.
Polis qətlin sifarişli olduğu qənaətindədir.
Miq.az