Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin növbəti ilkin nəticələri açıqlanıb.
"Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən hamısı MSK-ya hesabat verib, 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb.
O bildirib ki, indiki nəticəyə əsasən, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.03% səs toplayıb.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.11%,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%,
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%,
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%,
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74%.
Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür