Mübariz Mənsimovdan hər kəsə örnək – FOTO

Mübariz Mənsimovdan hər kəsə örnək – FOTO

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə bu holdinqə məxsus gəmilərdən birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

Mübariz Mənsimov Polad Həşimovun adını daşıyan, 140 metr uzunluğunda olan nəhəng gəminin şəklini sosial şəbəkələrdə paylaşıb.

"Xeyirli, uğurlu olsun. Şəhidlərimizin ruhu şad olsun”,-deyə o, öz paylaşımını şərh edib.

Qeyd edək ki, Mübariz Mənsimovun dəvətilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım İstanbula gedərək, gəminin təqdimatında iştirak edib.
 

Ötən gün Səmayə ana "Palmali” şirkətinin ofisində Mübariz Mənsimovun qonağı olub. Mənsimovun şəhid anasının qarşısında baş əyərək, onun əlini öpməsini əks etdirən fotoşəkil sosial şəbəkələrdə böyük izləyici kütləsi tərəfindən rəğbətlə qarşılanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az