Müdafiə naziri “Vaxt gəldi” deyib elan etdi – İrana sərt xəbərdarlıq

Müdafiə naziri “Vaxt gəldi” deyib elan etdi – İrana sərt xəbərdarlıq

"İran nüvə proqramını inkişaf etdirdiyi müddətdə İsrail kənarda səssiz dayanmayacaq”.

Miq.Az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz deyib.

"İran qlobal və regional sülh üçün ən böyük təhlükədir. İran nüvə proqramını inkişaf etdirdiyi müddətdə İsrail də kənarda səssiz dayanmayacaq. Beynəlxalq birliyi hərəkətə keçməyə və İranın təcavüzünü dayandırmağa çağırırıq. Birgə hərəkət etməyin vaxtı gəldi”, - nazir bildirib.

Qantz İranın İsrail və regionun təhlükəsizliyi üçün təhdid mənbəyi olduğunu söyləyib:

"İranın İsrail dövləti üçün real təhlükə olmaq cəhdlərinə qarşı müdafiəyə davam edəcəyik. Biz müəyyən etdiyimiz vasitələrlə hərəkət edəcəyik”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az