Müdafiə Nazirliyi ermənilərin itkilərinin sayını açıqladı – Rəsmi

Müdafiə Nazirliyi ermənilərin itkilərinin sayını açıqladı – Rəsmi
Qarabağdakı qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir.
 
Bu sözləri Axar.az-ın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı söyləyib.
 
Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar:
 
"Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin, etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”.
 
Qeyd edək ki, bu gün Rusiya mətbuatına açıqlamasında Qarabağ separatçılarının Moskvadakı "nümayəndəliyi”nin sədrinin məsləhətçisi Arsen Məlik-Şaxnazaryan döyüşlərdə erməni tərəfindən 50 nəfərin öldüyünü, itkin düşən 26 nəfərin meyitinin döyüş bölgəsində qaldığını, 100 nəfərin yaralandığını bildirib. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az