Müdafiə Nazirliyi Ermənistanı İTƏ bənzətdi-“İtdən soruşurlar ki, niyə hürürsən?..deyir...

Müdafiə Nazirliyi Ermənistanı İTƏ bənzətdi-“İtdən soruşurlar ki, niyə hürürsən?..deyir...


Müdafiə Nazirliyi Ermənistanın Azərbaycan aeroportlarını vurmaq hədəsinə cavab verdi

Dağlıq Qarabağdakı işğal rejiminin rəsmisi Levon Mnasakanyan yeni iddia ilə çıxış edib.

İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğal rejiminin rəsmisi, "DQR-in müdafiə naziri" kimi təqdim edilən Levon Mnasakanyan Azərbaycanı ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmaqla hədələyib. 
ANS PRESS-in məlumatına görə, erməni mətbuatına müsahibə verən Levon Mnasakanyan erməni tərəfinin əlində 120 kilometri vuran silah olduğunu və lazım gələndə bunun istifadə ediləcəyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən  bildiriblər ki, "ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır” olmaları barədə cəfəng ideya ilə çıxış edən qondarma DQR-in əldəqayırma "müdafiə naziri” Levon Mnasakanyanın fikirlərinə şərh vermək belə yersizdir.

Ona yalnız Azərbaycan xalqının atalar sözünü xatırlatmaq yerinə düşər. "İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuzuram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram". 

"Hazırda Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz elə itlərin günündədir",- deyə Müdafiə Nazirliyinin aşıqlamasında bildirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az