Müdafiə Nazirliyi uçan dronla bağlı açıqlama verməyə məcburdur - Deputatdan irad

Müdafiə Nazirliyi uçan dronla bağlı açıqlama verməyə məcburdur - Deputatdan irad


Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda müşahidə olunan pilotsuz uçuş aparatı ilə bağlı rəsmi məlumatlandırmanın verilməməsini tənqid edib.

 

Deputat bildirib ki, martın 16-da Bakı səmasında dron uçuşu müşahidə olunub, lakin müvafiq qurumlar tərəfindən ictimaiyyətə operativ açıqlama verilməyib.

 

Onun sözlərinə görə, dövlət orqanlarının əsas vəzifələrindən biri vətəndaşları vaxtında və dəqiq informasiya ilə təmin etməkdir.

 

"Belə hallarda məlumat verilməməsi çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu da dövlət qurumlarına inama mənfi təsir göstərir”, - o bildirib.

 

Həsənquliyev qeyd edib ki, dövlət orqanları ictimaiyyəti vaxtında məlumatlandırmalı, yaranan suallara aydınlıq gətirməlidir. Deputat əlavə edib ki, onun bu çıxışının Müdafiə Nazirliyinə çatdırılması məqsədəuyğundur.

 

Anews.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az