“İş axtaran məüllimlər 60 sualdan 36-na cavab verə bilsə...” – Təhsil Nazirliyindən AÇIQLAMA

“İş axtaran məüllimlər 60 sualdan 36-na cavab verə bilsə...” – Təhsil Nazirliyindən AÇIQLAMA
"Növbəti mərhələdə ərizəsi qəbul olunmuş namizədlərin imtahanı keçiriləcək. İyul ayının 20-26 ərəfələrində müvafiq fənlər üzrə hər gün imtahan olacaq və imtahandan keçən namizədlər üçün 28 avqust-2 iyul tarixlərində müsahibə olacaq. Müsahibədən uğurla keçən müəllim isə qəbul olunduğu vakant yer üzrə işə başlayacaq”.

İ.Nağıyev ucqar kəndlərdə müəllim çatışmazlığı probleminə də toxunub.
"Çox zaman ucqar kəndlərə qəbul olunan müəllimlər gedib orada vəziyyətlə tanış olduqdan sonra işləməkdən imtina edirlər. Yaxşı olardı ki, ucqar yerləri seçərkən namizədlər ora ilə tanış olsunlar. Builki imtahanda məktəblər, harada yerləşdiyi, rayon mərkəzindən nə qədər aralı olduğu haqda informasiyalar verilib ki, müəllim seçib sonra qərarını dəyişməsin.

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklərdən biri də bu il sualların sayı ilə bağlıdır. Belə ki, sualların sayı 35-dən 60-a qaldırılıb. 80 faiz, yəni 48 suala cavab verən müəllimlər, həvəsləndirmə tətbiq olunan yerlərdə isə 60 faiz, yəni 36 suala cavab verən müəllimlər işə qəbul olunacaq”.

Təhsil Nazirliyinin rəsmisi rayonlarda ən çox biologiya, kimya, coğrafiya müəllimlərinin azlıq təşkil etdiyini bildirib.

"Bu fənnlər üzrə ali təhsili bitirənlər kifayət qədərdir. Sadəcə, onlar bu ixtisası bitirdikdən sonra başqa sahəyə yönəlirlər”.

İ.Nağıyev hər hansı fənn müəlliminin digər fənni tədris etməsinin düzgün olmadığını da vurğulayıb.

"Amma burada bir məsələ var ki, biologiya müəllimi təkcə biologiya deyil, biologiya-kimya müəllimidir. Bu adamın universitetdən diplomu hər iki fənnə aiddir. Amma məsələn, tarix müəllimi coğrafiyanı və ya başqa fənni tədris edə bilməz. Bəzən olur ki, sentyabrda müəllim işdən çıxır, qəfildən yer boşalır, rayon təhsil şöbələri bununla bağlı işləyir. Müvəqqəti həmin yerə başqa fənn müəlimi təyin oluna bilər. Amma bunun daimi əsaslarla aparılması qətiyyən düzgün deyil”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az