Xalq artisti Bilal Əliyev toy qiymətini qaldırıb. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti toy qiymətini 130 min manatdan 200 min manata qaldırdığını bildirib: “Toy qiymətini qaldırmışam. Artıq toylara 200 min manata gedəcəm. Məni sevənlər bu qiymətə də məni öz toy məclislərinə dəvət edəcəklər. 2014-cü il Həcc ziyarətinə gedib gəldikdən sonra toylarda ifa etməyəcəm. Ancaq dost-tanışın toyuna qonaq olaraq gedəcəm. Dövlət tədbirlərində və konsertlərində çıxış edəcəm, ölkəmizi xaricdə layiqincə təmsil edəcəm. Dünən bu haqda mətbuat katibim “Facebook” səhifəmdə də yazıb”.
Müğənni yeni mahnılar üzərində işləyir: “Hazırda yaradıcılıq işləri ilə məşğul oluram. 30-a yaxın mahnı hazırlayıram. Cahangir Cahangirov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və Ramiz Mirişlinin mahnıları üzərində işləyirəm”.
Xalq artisti son zamanlar şou-biznesdə baş verən qalmaqallara da münasibət bildirib: “Mən qalmaqal salanların işlərinə qarışa bilmərəm, hər kəs azaddır, öz düşüncələri, həyat tərzi var. Onlar elə düşünür elə edir, mən isə belə düşünürəm belə edirəm. İnsan həyatda azaddır. Yaşadığı ömür ürəyincə olmalıdır, heç kimin işinə qarışmaq olmaz. Ona görə mən heç kimin işinə qarışmıram”.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür