“Müflisləşmə və iflas haqqında”, "Sığorta fəaliyyəti haqqında” qanunlara dəyişiklik

“Müflisləşmə və iflas haqqında”,
Milli Məclisin plenar iclasında "Müflisləşmə və iflas haqqında”, "İnvestisiya fondları haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında” qanulara dəyişiklik edilib.

Hər 3 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. Belə ki, "Banklar haqqında” qanuna edilən dəyişikliyə əsasən, aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək. Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Xatırladaq ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır.

"Sığorta fəaliyyəti haqqında” və "İnvestisiya fondları haqqında” qanuna dəyişiklik də eyni müddəanı nəzərdə tutur. Belə ki, sığortaçının əmlakının açıq hərrac yolu satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.

"Müflisləşmə və iflas haqqında” qanuna edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı müavfiq olaraq ”İnvestisiya fondları haqqında” və "Sığorta fəaliyyəti haqqında” qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək.

Qeyd edək ki, təkmilləşdirmədə bu qanunun bütün kommersiya təşkilatlarına (banklar istinsna olmaqla) və qeyri-kommetrsiya təşkilatlarına şamil edilməsi nəzərdə tutulur. 

Eyni zamanda, qanunda bu qanunun Mərkəzi Banka şamil edilməməsi maddəsi saxlanılıb.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az