Murad Dadaşovun filmində Azərbaycana həqarət – “Tüpürüm belə…” - VİDEO

Murad Dadaşovun filmində Azərbaycana həqarət – “Tüpürüm belə…” - VİDEO

Hazırda sosial şəbəkələrdə Murad Dadaşovun rəhbərlik etdiyi "M Group Pruction”un istehsalı olan və Azərbaycanın bir neçə tanınmış sənət adamının rol aldığı yeni bir filmin tanıntım çarxı yayımlanır.

 "Bayram axşamı” adalanan filmin rəsmi tanıtım çarxında Azərbaycanın millli adət-ənənələrinə olduqca ağır formalı həqarət və təhqir elementləri yer alıb. Belə ki, Novruz ənənələrindən danışıldığı və görüntüdə səməni və müxtəlif təamlarla bəzədilmiş bayram süfrəsi olduğu halda qəfil filmin qəhrəmanın səsi eşidilir: "Tüpürüm belə bayrama”. Sseneri tam aydın olmasa da, Novruz ənənələrini əks etdirən görüntüləri, "Tüpürüm belə bayrama” kimi həqarətlə müşayət etdirmək, düşünürük ki, məsuliyyət yaradan məqamdır və zənnimizcə tanıtım çarxına tamaşa etmiş izləyicilərin hamısı qeyd etdiyimiz xüsusda eyni mövqedədirlər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_3010.jpg

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_3009.jpg
Təəssüf edirik ki, M.Dadaşovun özünün də rol aldığı filmin tanıtım çarxı məhz Novruz adət-ənənələrinin təhqir olunması kimi "diqqətçəkən” parçalarla zənginləşdirilib. 

Miq.Az Missiya.az-a istinadən haqqında bəhz olunan görüntüləri təqdim edir:

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az