Müsavat Partiyasında İSTEFA

Müsavat Partiyasında İSTEFA
Yadigar Sadıqov Müsavat Partiyasının başqanının müavini vəzifəsindən istefa verib.
 
Miq.az report-a istinadən xəbər verir ki,  o, bununla bağlı ərizə yazıb.
 
Y.Sadıqov açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılığının olmasıdır: "Bunlar partiyadaxili məsələlərdir”.
O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az