Mövsümün son tamaşası “Aydın“ oldu

Mövsümün son tamaşası “Aydın“ oldu

Ağdam Dövlət Dram Teatrında hərbçilər üçün ayda bir gün pulsuz tamaşa  elan olunub. 

Bu gün, yəni iyulun 17-də Ağdam Dövlət Dram Teatrı mövsümün son tamaşasını oynayıb.Teatrın səhnəsi unudulmaz sənətkarımız, Azərbaycan realist dramaturgiyasının banisi  Cəfər Cabbarlının "Aydın” tamaşasına verilib. Gənc nəslin nümayəndələrindən ibarət tamaşaçı auditoriyasıda zalı ağzınacan doldurub.

Deyilənə görə teatr bir məbəddir. İnsanlar burada düşünür və bu düşüncələr həyatın dərkinə xidmət edir. Sənətin  əsas vəzifəsi dəelə məhz budur. Olanlarla olmalıdır gerçəkliyini sənət ortaya qoymuş olur. Sevindirici haldır ki, teatrlarımız bu vəzifənin öhdəsindən layiqincə gəlir.

 Ağdam Dövlət Dram Teatrı müharibənin odundan, alovundan keçməklə çətin və əzablı yollar qət edib. Bütün çətinliklərə baxmayaraq teatrın keçmiş ənənələrini qoruyub saxlamağı bacarıblar. Bu günkü yüksək performans, musiqi tərtibatı, aktyor və rejissor peşəkarlığı ilə teatr gözəl oyun nümayiş etdirib.

"Aydın” tamaşasında Aydın və Gültəkin rollarını Səbuhi Əhmədov ilə Afərdə Sabirqızı oynayıb. Hər iki oyunçu peşəkarlıq nümayiş etdirərək yüksək qabiliyyət nümayiş etdiriblər.

Sonda Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov bildirib ki, bu il yaradıcılıq baxımından Ağdam Dövlət Dram Teatrı üçün uğurlu olub."Teatrın aktrisası Fəqumə Yusifova Prezidentin sərəncamı ilə Respublikanın Əməkdar Artisti adına layiq görülüb. Əməkdar artist, Prezident təqaüdçüsü Novruz Cəfərov teatra baş rejissor təyin ediləndən sonra uğurlarımız bir az da artıb. Bu günkü tamaşanın özü uğurlarımızın bariz nümunəsi sayıla bilər”

"Ağdam Dövlət Dram Teatrı tamaşalarını göstərməklə yanaşı rayonun mədəni həyatında da fəal iştirak edib. Bütün tarixi günlərin qeyd olunması, ümummilli bayramlar, Yeni il, Dədə Qorqudla bağlı tədbirlərin bədii hissəsinin təşkilində teatrımız öz töhfəsini verib. Hərbçilər üçün ayda bir gün pulsuz teatr elan olunub. Hərbçilər gəlsə onlara tamaşa oynuyarıq”-deyə Məhəmməd Hüseynov əlavə edib.
Ağdam teatrı mövsumə yekun vurmaqla tamaşaçıları ilə xüdafizləşib. Tamaşaçılarından  yeni mövsümdə görüşmək arzusu ilə ayrılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az