Vətəninfo.az şou-biznesdə etdiyi açıqlamaları və layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadə söz və musiqisi Fərid Kərimiyə məxsus olan “Göndər” adlı mahnısına klip çəkdirib. "Qafqazinfo" xəbər verir ki, müğənni çəkilişlər Gürcüstanda baş tutduğunu bildirib.
“Nəhayət “Göndər” adlı mahnıma klip çəkdirdim. Çəkilişlər Gürcüstanın Tiflis şəhərinin gözəl məkanlarında oldu. Açığı Gürcüstan səfərimdən zövq aldım. Klipi “Ozan MW Production” –un işçi heyəti bir günə həyata keçirdi. Səhər saat 9-da başlayan çəkiliş gecə saatlarına qədər davam etdi. Rejissor Elnur Əliyevin ekranlaşdırdığı klipdə tərəf müqabilim 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamar Shedania idi. O, ölkəsini dünya gözəllik yarışmasında təmsil edən yeganə modellərdəndir. Və adını dünya gözəlləri siyahısına yazdırıb. Bundan əlavə dünyaca məşhur “Armani” və bir neçə brend firmaların siması olub. Klip çəkilişləri üçün bir neçə geyim dəyişdim. Klipdən savayı Gürcüstan televiziyasından proqrama təklif aldım. Lakin müəyyən səbəblərdən, vaxt azlığından verilişə qatıla bilmədim. Hətta orada bir neçə layihə təklifləri də aldım. İnşallah zamanla həmin təkliflərin ən yaxşısını reallaşdıracağam. Hazırda klip montaj olunur. Hazır olduqdan sonra media nümayəndələrinə təqdim edəcəm”.
Qeyd edək ki, N.Qafarzadənin “Göndər” adlı klipində çalışan heyət bunlardır: Rejissor Elnur Əliyev, operator Givi Magradze, prodüser Altay Yaşar, Ruslan Əliyev menecer Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədova, Barmen Qvansa Sitsividze, Umman Sadıqov və başqaları.
Vətəninfo.az