Nalbandyan Qarabağ danışıqlarının bərpa olunması üçün addımları sadaladı
Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam etdirilməsi üçün atılmalı olan addımları sayıb. ANS PRESS-in "Ria Novosti" saytına istinadən verdiyi məlumata görə, Nalbandyan danışıqlar prosesinin aprelin əvvəlində baş verən gərginliyin təkrarlanmamasına yönəlməli olduğunu bildirib.
"Hazırda mümkün görüşlər Azərbaycanın Qarabağa qarşı nümayiş etdirdiyi aqressiyanın təkrarlanmasını istisna edilməsinə, 1994-1995-ci illərdə atəşkəsin bərqərar olunmasına dair əldə edilən razılaşmalara birmənalı riayət edilməsinə, eyni zamanda atəşkəsin pozulması hallarının araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsinə hədəflənməlidir" - deyə Nalbandyan "Ermənistanın "Daşnaktsyutsyun" inqlabi federasiyası" partiyasının nümayəndələri ilə görüşdə bildirib.
Miq.az