Naxçıvan istiqamətində təxribat: erməni əsgər yaralandı - Erməni KİV

Naxçıvan istiqamətində təxribat: erməni əsgər yaralandı - Erməni KİV

Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribatının qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilir ki, atəşkəsin pozulması nəticəsində işğalçı ölkənin müqaviləli hərbçisi 1974-cü il təvəllüdlü Baqdasaryan Vaan Samveloviç yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan faktı təsdiqləyib. O etiraf edib ki, Azərbaycan tərəfi mühəndis istehkam işlərini həyata keçirdiyi üçün Ermənistan ordusu atəş açıb. Cavab atəşi ilə erməni əsgər yaralanıb.

Azərbaycan MN hələlik rəsmi açıqlama yaymayıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az