Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizmin inkişafı üzrə dövlət katibi Matias Fekla ilə görüşü zamanı Fransanın bir neçə şəhəri ilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bir neçə şəhəri arasında "Dostluq və qardaşlaşma Xartiya"sının imzalanmasına etirazını bildirib.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, Ə. Abbasov Fransa rəsmisinə imzalanan "sənəd"lə bağlı Azərbaycan tərəfinin narahatlığını çatdırıb.
"Bu məsələ ilə bağlı biz Fransanın rəsmi mövqeyini bilmək istəyirik", - deyə Ə. Abbasov qeyd edib.
M. Fekla isə baş vermiş hadisənin bir daha təkrarlanmamasına çalışacaqlarını bildirib: "Fransanın Xarici və Daxili İşlər nazirlikləri bütün yerli İcra Hakimiyyəti orqanlarına rəsmi məktub göndərib. Həmin məktublarda sənədlərin qeyri-qanuni olduğu bildirilib. Bundan başqa, Fransa hökumətinin rəsmi mövqeyi də bütün icra hakimiyyəti orqanlarına çatdırılıb".
Qeyd edək ki, bu ilin may ayında Fransanın üç şəhəri ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın üç şəhəri arasında "dostluq və qardaşlaşma xartiyası" imzalanıb.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto