Nazir ilin ən mühüm mədəniyyət hadisəsini açıqladı

Nazir ilin ən mühüm mədəniyyət hadisəsini açıqladı

Bu ilin ən mühüm mədəniyyət hadisələrindən biri də martın 1-də cənab prezidentin, birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə incəsənət xadimləri ilə görüşü oldu. Bu görüşdən sonra müvafiq sərəncamlar imzalandı.

"Miq.Az" xəbər verir ki bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında deyib: "Prezidentin sərəncamından sonta kinematoqrafiyanın inkişafına 5 milyon vəsait ayrıldı. Bu proses ciddi yanaşma tələb etdi və böyük bir komissiya yaradıldı və prodüser mərkəzləri ilə görüşlər keçirildi.

Bizə təqdim olunan 250 ssenari nəzərdən keçirildi və çəkilmək üçün 20 əsər müəyyənləşdirildi. Dövlət büdcəsindən vəsait ayıracağıq. Eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az