Nazir özünə yeni müşavir təyin etdi

Nazir özünə yeni müşavir təyin etdi

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. "Report” xəbər verir ki, bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Vergilər nazirinin yeni müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev təyin edilib. M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Hazırda Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazirin digər müşaviri – Ələkbər Məmmədova tapşırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az