Nazirlik açıqladı: 120 ilin rekord istisi

Nazirlik açıqladı: 120 ilin rekord istisi

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41,6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az