Bu günlərdə Bakının Heydər Əliyev prospektində "Ferrari” və "Ford” avtomobillərinin toqquşması nəticəsində baş vermiş avtomobil qəzası haqda yeni nüanslar məlum olub.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin qəzada zərərçəkən 10 SV 773 dövlət nömrə nişanlı, "Ford” markalı avtomobilin sürücüsü, xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva qəzaya səbəb olan "Ferrari”nin sürücü olan xanımdan yeni avtomobil tələb edir.

Məlumata görə, qəzada günahkar olan tərəf müğənninin bacısına əzilmiş avtomobilini istənilən avtoservisdə təmir etdirməyə hazır olduğunu çatdırıb. Ancaq Zeynəb Dostəliyeva bununla qane olmur və günahkar tərəfdən ona eyni model yeni avtomobil alıb verməyi tələb edir.
Həmin "Ferrari”nin sürücüsünün qadın olduğu məlum olsa da kimliyi barədə çox məhdud informasiyalar var. Qəza zamanı avtomobilin nömrə nişanı üzərində olmayıb. "Ferrari” ya nömrəsiz idarə olunurmuş, ya da qəzadan sonra sürücü nömrəni açaraq hadisə yerini tərk edib.

Bununla
belə avtosfer.az saytı dəqiqləşdirib ki, həmin "Ferrari”nin dövlət
nömrə nişanı 10 SN 009-dur. Sosial şəbəkələrdə bu avtomobilin çoxsaylı
fotolarına rast gəlmək olar.
İnstagram
istifadəçiləri yazır ki, bu, şəhərdə sahibi qadın olan tək
"Ferrari”dir. Onun yüksək rütbəli şəxslərdən birinin yaxını olduğuna
dair məlumatlar var.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto