“Nəfəsləri gəlmir, amma dəqiqdir ki, ölməyiblər...”

“Nəfəsləri gəlmir, amma dəqiqdir ki, ölməyiblər...”

Ukraynada Odessa şəhərinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Azadlıq" radiosuna müsahibə verib.

Radionun müxbiri Yelena Rıkovtseva bildirir ki, Odessa qubernatoru ilə şəhər hava limanının ərazisində görüşüb. O, buraya yeni terminalın tikintisi ilə maraqlanmağa gəlibmiş. Saakaşvili bildirib ki, Odessaya təyyarə uçuşları ən münasib qiymətlərə olmalıdır.

-Mixail Nikolayeviç, Rusiya bir vaxtlar sizə qibtə edirdi ki, Gürcüstanda korrupsiyaya qalib gəlmisiniz. İnanırsınızmı ki, burada, Ukraynada da bu alınacaq?

-Görürsünüz də, əynimdə hərbi forma var. Sərhədçilərin yanına gedirik. Çalışrıq ki, qaçaqmalçılığın bütün dəlmə-deşiyini bağlayaq. Bu, təkcə sərhədçilərin fiziki varlığı deyil, axı burda bu işlərlə məmurlar məşğul olurdular. İndi yeni Ukrayna məmurlarının çox ciddi bir qrupunun hücumu baş verir. Əksəriyyəti ukraynalılardır, lakin aralarında gürcülər də var. Onlar köhnə məmurların üzərinə hücum edirlər. Köhnə məmurlar təhlükə zamanlarında marığa yatmağı xoşlayır. Təhlükə vaxtı marığa yatan heyvanların 6 növü var. Bu Ukrayna məmurları korrupsiyalaşmış məxluqatın hansısa yeddinci növünə aiddirlər. Marığa yatıblar, özlərini ölülüyə qoyublar, amma dəqiqdir ki, ölməyiblər.

-Odessada belə bir söhbət yayılıb ki, korrupsiya bir növ özək kimidir, dartıb çıxarsalar, bütün şəhər batacaq...

-Biz Gürcüstan barədə də belə düşünürdük. Bir çox qabiliyyətli insanlar başqa imkan olmadığı üçün qaçaqmalçılığa, maxinasiyalara, cürbəcür sxemlərə getmişdilər. Orada başqa cür işləmək mümkün deyildi. Onlar çox qabiliyyətli adamlar idi. Hara baxırdınsa, özləri üçün sərvət yaratmışdılar.

Çoxlarının sərvəti vardı, amma axı bu, cəmiyyət üçün sərvət yaratmır. Korrupsiyalaşmış sistemin açıq sistemdən, bilirsiniz fərqi nədir? Açıq sistemdə adamlar özləri üçün işləyib cəmiyyəti varlandırırlar. Amma indi bura belə deyil. Baxırsan özlərinin hər şeyləri var. Amma şəhərə baxırsan, bütün bunlar görünmür. Burda hər şeyi dəyişmək lazımdır.

-Burada - Odessada alınacaqmı?

-Bütün Ukraynada alınacaq. Mən Rusiya televiziyasının bir xəbərinin də mənsiz ötüşmədiyindən məlumatlıyam. Rusiya kanallarının barəmdə verdiyi məlumatlar cəfəngiyyatdır. Bu, ondan xəbər verir ki, öz iş-gücləri yoxdur. Paxıl qonşu kimi öz həyatları yoxdur. Açar deşiyindən baxıb gözləyirlər ki, başqalarının da işi yaxşı getməsin, çünki özlərində alınmayıb axı... Mən düşünürəm ki, hamıda rusiyalılarda da, ukraynanılarda da alına bilər.

-Sizdən qorxurlar?

-Nəyimdən qorxacaqlar?! Bura rusdilli şəhərdir. Mən burda özümü evdəki kimi, balıq suda olduğu kimi hiss edirəm. Mən onların Kreml təbliğatında yaratdıqları stereotiplərə uyğun gəlmirəm. Mən nəticə əldə etməyi xoşlayıram. Ələlxüsus da sevdiyim insanlar üçün. Mən özümü Ukraynanın bir parçası hiss edirəm. Mən Ukraynanı sevirəm. Ömrümün çox illərini burada yaşamışam. Ukrayna dilində danışa bilirəm. Ümumilikdə, mən sadəcə gürcü deyiləm. Mən həm də avropalıyam, deməli, odessalıyam, ukraynalıyam...

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az