"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları” yatağındakı 1 887 nömrəli stasionar dəniz özülündən 2 680 nömrəli quyu qazmadan sonra istismara verilib.
 Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib. 

Vətəninfo.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, 3 088-3 073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az