“Neftçi” III təsnifat mərhələsində Gücrüstanın “Çuxura” klubu ilə görüşəcək
Vətəninfo.az xəbər verir ki, Bakının “Neftçi” klubu 2014/15 mövsümündə ilk səfər matçına çıxıb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt təmsilçisi Avropa Liqasına II təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb. Böyükağa Hacıyevin yetirmələri Sloveniyada “Koper”in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan “Neftçi” mərhələ adlamaq üçün çətin işin öhdəsindən gəlib. Komandamız səfərdə "Koper"ə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
24 iyul
"Koper" (Sloveniya) - "Neftçi" - 0:2
Qollar: Mirhüseyin Seyidov, 21; Karlos Kardoso, 84
Qırmızı vərəqə: Yaka Ştromayer ("Koper")
Baş hakim: Benoit Millot (Fransa)
Koper. SRC Bonifika stadionu
Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində Gücrüstanın “Çuxura” klubu ilə görüşəcək.
“Çuxura” II təsnifat mərhələsində Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb. Həm Türkiyədə keçirilən birinci oyun, həm də Gürcüstandakı ikinci oyun 0:0 hesabı ilə başa çatıb. Əlavə olunan vaxt da qalibi müəyyənləşdirmədiyindən, oyundan sonrakı penaltilər seriyası təyin olunub. Penaltilər seriyasında “Çuxura” daha dəqiq olaraq (4:1), növbəti mərhələyə adlayıb. Qeyd edək ki, “Neftçi” və “Çuxura” bu mövsümə hazırlıq zamanı Türkiyədə 2 yoxlama oyununa çıxıblar. “Neftçi” ilk oyunda gürcülərə 3:2 hesabı ilə məğlub olub. İkinci yoxlama görüşü isə 1:1 hesabı ilə başa çatıb.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ