Nəsimi rayon icra hakimiyyətindən açıqlama - Ağac kəsimi ilə bağlı
Miq.az saytının rəhbərliyinə
Sizin "Nəsimi rayonunda ağacları günorta kəsir, sonra torpaqlayırlar” başlıqlı 21.12.2016-cı il tarixli yazı ilə əlaqədar bildiririk ki, H.B.Əliyev küçəsi 6, 8 və 10 saylı binaların ətrafındakı ağacların kəsimi və budanması işləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 13.12.2016-cı il tarixli 15/4695 saylı məktubuna əsasən Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin nəzarəti ilə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aparılmışdır.
Rayon İcra Hakimiyyətinin mövqeyini saytınızda işıqlandırmağınızı Sizdən xahiş edirik.
Nəsimi rayon İcra Hakimiyyəti