NİDA üzvünə hökm oxundu - 10 İL HƏBS

NİDA üzvünə hökm oxundu - 10 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Hökmə əsasən, Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, dövlət ittihamçısı Bayram Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi. 
 
Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az