Nihat Doğan verilişdə azərbaycanlıya hirsləndi: "Nə fərqi var azəri, ya da azərbaycanlı..." - VİDEO

Nihat Doğan verilişdə azərbaycanlıya hirsləndi:
Türkiyədə yayımlanan "Söylemezsem olmaz” verilişində tanınmış müğənni Nihat Doğan şərh yazan azərbaycanlıya hirslənib.

"A24.az” bildirir ki, verilişin əvvəlində Azərbaycan xalqının qonaqpərvərliyini, insanları sevindirmək üçün hədiyyə etmələrini təfirləyən Nihat Doğan azərbaycanlılara "azəri” deyə müraciət edib.
Daha sonra verilişin davamında sosial səhifəsinə gələn şərhi oxuyan Nihat Doğan bərk əsəbləşib:
"Azərbaycandan bir qardaşımız yazıb. O termini sənə heç yaraşdırmadım, çox ayıb olsun. Biz Azərbaycana dəyər verdik, 10 dəqiqədir Azərbaycandan, insanlarının gözəlliyindən danışırıq. Bir az gözəl şeylər görün, pis şeyləri görməyi buraxın. Hər şeydən bir şey çıxartmayın. "Allah razı olsun, nə gözəl danışdın” deyin. Yoxsa "Nihat qardaş, bizə azəri deməyin, biz azəri deyilik…” Nə fərqi var, azəri, ya da azərbaycanlı olsan?!”
Miq.az Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az