Zamiq Məmmədli
Çexiya
Uğurlu insanları uğursuzlardan seçmək o qədər də çətin deyil. Niyə bəziləri çox varlı, bəziləri isə çox kasıb yaşayırlar? Bu suala cavab tapmaq çox çətindir, kimdən soruşsaq, bəzən bir birinə oxşar vəya bir birini təkzib edən cavablar alarıq.
Nə üçün bəzi ölkələr sürətlə inkişaf etdiyi halda digərləri çox geridə qalır? sualı da iqtisadçılar üçün “hər şey haqqında nəzəriyyə”, kimyaçı və fiziklər üçün isə dəmirin qızıla çevrilməsi nəzəriyyəsi kimi bir şeydir. Məqsədə çatmaq üfüqdə göründüyü anda...birdən vəziyyət tamamilə başqa istiqamətə dəyişir.
Məsələn, kasıb ölkələr əslində varlı olan ölkələrdir, neft və təbii sərvətlərlə zəngin olan ölkələr. Buna iqtisadçılar təcrübədə özünü doğruldan “neft lənəti” deyirlər. Əgər bir ölkə neft yataqlarını ictimai-siyasi institutları bərqərar olunduqdan sonra kəşf edirsə o ölkəni inkişaf və çikəklənmə, əks təqdirdə isə diktatura, insan hüquq və azadlıqlarının boğulması gözləyir.
Əslində səbəb çox sadədir. Neftdən gələn gəlirlər əsasən iki məqsədə xidmət edir, birincisi maddi və maliyyə təminatı. Neftdən gələn milyonlar “hamını dolandırır” , heç kim əlavə “baş sındırmaq” istəmir. Demokratiyadan uzaq ölkələrdə neft gəlirləri adətən hakim klanın əlində cəmləşdiyindən hakim rejim istdədiyini edir, vergiləri aşağı salır və ya bəzən ümumiyyətlə vergiləri ləvğ edir. Belə olan halda hökumətin xalq qarşısında verə biləcəyi hesabatı qalmır, hakim rejim büdcə kəsirlərini neftdən gələn gəlirlərlə dolduraraq, əslində heç bir iş görmədən süni “iqtisadi inkişaf” imitasiyası yaradır.
Bu tip ölkələrdə yerli əhali də siyasətdə söz sahibi olmağa həvəsli olmur, parlament və ədliyyə sistemi isə hakim klanın əlində simvolik alətə çevrilir. Neft milyardları Ərəbistan yarımadasındakı avtoritar rejimlərin lokomotividir (elə Azərbaycanda da həmçinin). Neft zəngini olan ölkələrdəki yerli əlhalini işləmək və maariflənməyə heç nə məcbur etmir amma neftin bitdiyi və ya ona marağın azaldığı vaxt bu ölkələr tədricən kasıblaşacaqlar.
Söhbət təkcə qara qızıldan getmir. Ən qorxulu misal Konqodur. Belçikanın keçmiş koloniyası olan Konqo neft, odun və brilliantdan tutmuş bir çox təbii sərvətlərlə zəngindir. Belçikalılar burada təbii sərvətləri emal edəcək heç bir sənayə səhəsi yaratmadıqlarına görə Konqo belə təbii sərvətləri istifadə edə bilməyərək, ikinci Dünya müharibəsindən bəri müxtəlif hərbi qruplaşmalar arasında qanlı mübarizə meydanına çevrilib.
Adətən Qərbdə yaradılan iqtisadi inkişaf nəzəriyyələri inkişaf etməkdə olan ölkələrdə keçərli sayılmaya bilər. Məsələn Amerikadakı Microsoftla Karaçidəki 12 yaşlı ayaqqabı təmizləyən uşaq haqqında danışanda “firma”lardan söhbət gedirsə nəzəri cəhətətdən bəlkə də bu doğrudur amma mahiyyət mamamilə fərqlidir.
Başqa bir nəzəriyyəyə görə ekvatorial paradoks deyə bir anlayış da mövcuddur. Ölkələrin iqtisadi inkişafları onların çoğrafi yerləşmələri ilə də müəyyən etmək olar: ölkə Ekvator xəttindən nə qədər uzaqda yerləşirsə bir o qədər iqtisadi cəhətdən inkişaf etmiş olur. Bu nəzəriyyə Afrika qitəsi və Avropa üçün keçərli hesab etmək olar, Afrikanın şimalı və cənubu eləcə də Avropanın şimal ölkələri ilə Aralıq Dənizi sahillərində yerləşən ölkələrinin inkişaf səviyyələri fərqlidir. Burada Şimali Amerikaya da nəzər salmaq maraqlı olardı. İnkişaf etmiş ABŞ və Kanada, cənubda isə ən inkişaf etmiş ölkə Çilidir. Ekvatorial xəttin keçdiyi vəya ekvatora yaxın ölkələrin inkişaf dinamikası isə nisbətən geri qalır.
Bəlkə əlverişsiz hava şəraiti və çətin inqlim şərtləri insanları yaşamaq uğrunda mübarizəsində daha çox yaradıcı olmağa sövq edir? Amma burda bir neçə istisanalar var, ekvator xəttinin yanında yerləşən və “iri addımlarla addımlayan”, inkişaf etmiş Sinqapur və soyuq iqlim şəraitli inkişafdan hər zaman geri qalan Rusiya...
Ekvator xətti prinsipinə bir əlavə də həmin ölkələrdəki əhali sıxlığıdır. Əgər kasıb əhali bir yerdə kompakt yaşayırsa əlbəttə ki onların əməyi də ucuz olacaq. Əgər bir dollara evi təmizləyəcək bir işçi tapmaq mümkündürsə, tozsoran kəşf etmək haqqında düşünməyəcəm. İrəliləyiş baş vermir...
Maraqlı məqamlardan biri də cəmiyyətlərin inkişaf səviyyəsində onların dini mənsubiyyətinin oynadığı roldur. Xəritəyə baxsaq görərik ki, xristianlıq islam dini də daxil olmaqla, öz rəqiblərindən iqtisadi cəhətdən öndədir (Yaponiya istisna olmaqla). Xristianlığın içində də “protestant ölkələr” katoliklərdən daha öndədir. Protestantlıq katolikliyə nisbətən daha liberal olduğundan bu ölkələrdə sekularizm (dünyəvilik) daha çox uğur gətirib.
Bu nəzəriyyə dünyayın ən böyük iqtisadiyyatı olan Amerika Birləşmiş Ştatlarının misalında da özünün doğruldur. Dini cəhətdən liberal, sahilyanı ərazılərdə yaşayan əhali ölkənin içərilərində yaşayan mühafizəkar əhalidən daha varlı yaşayırlar. Amma digər tərəfdən az qala teokratik ölkə sayılan, inkişaf etmiş İsrail, ultra-sekular Şimali Koreya misalları bu nəzəriyyəni də mükəmməl etmir...
Gələk Çin müəmmasına: Dünyanın ən sıx əhalisinə sahib olan bu ölkə hələ 16-cı əsrdə bütün aspektlərinə görə Avropadan daha çox inkişaf etmişdi amma nə üçün 3 əsr sonra Britaniyadan da geri qalan, xaricilərin müstəmləkəsinə çevrilən bir dövlətə çevrildi? Buna hətta tanınmış sinoloqlar belə konkret cavab tapa bilməyiblər. Bəlkə buna səbəb mühafizəkar dəyərlər üzərində qurulan hakim konfutsi fəlsəfəsi idi? Avropa intibah və sənaye dövrünü yaşayanda çin elitası ticarət və hərbin inkinci dərəcəli iş hesab edir və daha çox qədim müdriklərin fəlsəfəsinə əsaslanan mənəvi dəyərlərə üstünlük verirdilər.
Hələ Amerikanın kəşfindən 100 il öncə Çin uzunluğu 120 metrə çatan gəmilərə sahib idi. olumbun gəmisini müqayisədə qayıq saymaq olardı. Buna baxmayaraq bir neçə ildən sonra kəşflərə son verildi, donanma məhv edildi və Çin tamamilə özünə qapandı.
Bəlkə Çinin geriləməsinin səbəbi sürətli demoqrafiq artım idi? Uzumüddətli inkişaf və sülh şəraitində Çinin əhalisi 1780-1840-ci illərdə təqribən 143 miliondan 432 milliona çatdı. Bu qədər əhalini dolandırmaq daha da çətinləşdi. Əkin sahələri və onlardan gələn gəlirlər azalmağa başladı. Qorxunc səfalət (Avropanı irəliyə aparan) ticarətin və texniki avadanlıqların inkişafını ləngitdi, Çinlilər bu rədd edir və ya bu dəzgahların onların işlərini əllərindən aldığını hesab edirdilər.
Əksinə İngiltərə 18 və 19-cu əsrlərdə ticarət və texniki inkişafın vətəninə çevrildi. Hətta bir çox irqçı təfəkkürlü iqtisadçılar bunu Britaniyadakı digər Avropa ölkələrinə nisbətən “seçilmiş zədəgan genləri” ilə də izah etməyə çalışırdılar, guya 17-ci əsrdə kasıb ailələrə nisbətən varlı ailələrin uşaqları daha çox sağ qalmağa başladılar və beləliklə “burjua dəyərləri”nə sahib insanların kəmiyyətcə üstünlüyü Britaniyanın inkişafına səbəb oldu. Amma tanınmış iqtisadçıların fikirlərinə görə Britaniyanın izolə edilmiş ada olması və bu adaya 11-ci əsrdən düşmən ayağının dəyməməsi, şəhər ətraflarında böyük qala divarlarının tikilməsinə ehtiyacın olmaması və Avropa kontinentinə nisbətən tikililərin, evlərin daha ucuz başa gəlməsi maliyyə sərfiyyatının azalmasına və iqtisadi inkişafa səbəb olan amillərdəndir. Ev tikintisinin ucuz başa gəlməsi bu prosesdə daha çox insanın iştirak etməsinə və əlbəttə ki, mülkiyyət hüquqlarının və onun toxunulmazlığının başqa ölkələrə nisbətən daha erkən həyata keçirilməsidir. Mülkiyyətin toxunulmazlığı və mülkiyyət qanunlarına hörmət edilməsi də İngiltərədə və sonra Avropanın digər ölkələrində inkişafın təkanverici qüvvəsi oldu.
Amerikalı alim, cofrafiyaşünas və psixoloq Jared Diamond “Silahlar, bakteriyalar və polad” əsərində cəmiyyətlərin inkişafının coğrafi yerləşmə təsadüflərindən asılı olduğunu vurğulayır. Onun fikrincə avropalıların bəxti onda gətirib ki, onlar əhəlləşə bilən at və mal-qara kimi heyvanların saxlamağa müfəvvəq olublar və bu da onların ovculardan təsərrüfatçılara çevrilməsində böyük rol oynayıb. (Məsələn, gərgədanı ev heyvanı kimi əhəlləşdirlilməyə calışdığınızı təsəvvür edin...) Diamondun nəzəriyyəsi darvinist nəzəriyyəsinə daha yaxındır: mədəniyyət, din, və başqa xüsusiyyətlər insanların yaşadıqları mühitə uyğunlaşmalarının sadəcə yan təsirləridir.
Bundan əlavə amerikalı politoloq Fareed Zakarianin bir neçə il öncə yazdığı “Azadlığın Gələcəyi” kitabı nəinki İngiltərəni, hətta bütün Avropanı əhatə edir. Onun fikrincə çayların və keçilməsi çox çətin olan dağlıq ərazilərin mərkəzdən idarə olunmasının çətin olması zamanla yerlı hakimiyyətlərin və güclü zədəganların yaranmasına səbəb olmuşdur. Bunlar o qədər gücə sahib idilər ki, mərkəzi rəhbərlik hərbi vəziyyətlərdə bunlarla anlaşmalara, əməkdaşlıqlara və danışıqlara getməyə məcbur idilər. Bu da zamanla parlamentin və sonradan təmsilçi demokratiyanın yaranmasına gətirib çıxartdı.
Kamerun:
Digər tərəfdən “demokratiya” bəzən xeyirdən çox ziyan da gətirə bilir. Məsələn, Kamerunun paytaxtı Yaondedəki prestijli College Prive Larousse özəl məktəbinin yeni tikilən kitabxanası ilə əlaqədar kiçik arayış: birincisi məktəbin yeni kitabxanaya ehtiyacı yox idi, çünki köhnə binanın sadəcə 3/1-indən istifadə edilirdi və problemsiz fəaliyyət göstərirdi, ikincisi isə binanı tikən arxitekt 5 aylıq yağış mövsümünü nəzərə almadan kitabxananın damını elə absurd tikmişdi ki, yağıntı suların axıb etməsinə şərait yox idi, üçüncüsü isə tikintində iştirak edən işçilərin öz işlərinə laqeyid yanaşmaları hər şeyi məhv etdi: yağan güçlü yağışlar nəticəsində yeni binaya daşınan kitabların hamısı məhv oldu.
Kamerun dünyanın ən çox korrupsiyaya uğramış ölkələrindən biridir. Prezidenti 30 ilə yaxındır hakimiyyətdə olan Paul Biyadır. Öz hakimiyyətini qorumaq üçün bütün maraq dairələrinə ölkəni çapıb-talamaq üçün imkanlar yaradır. Yaxşı inkişaf etdirilmiş bürokratik sistem də buna xidmət edir. Məsələn, ödənilməyən fakturanın işi məhkəmədə ən az 2 il vaxt aparır və bunun üçün də 58 müxtəlif hüquqi addımlar atılmalıdır.
Maraq dairələrindən də biri Bafut şəhərindən olan “bafut” mafiyasıdır. Təhsil nazrliyinə rəhbərlik edənlərin əksəriyyəti bu şəhərdəndir. Adıçəkilən məktəbin müdirəsi də məhz həmin şəhərdəndir. Beləliklə öz üzərində heç bir təzyiq hiss eləmir. Hətta məktəbi universitet etmək qərarı verəndə də heç kim buna etiraz etmədi. Hansı pullar hesabına həmin o kitabxana tikilmişdi? Əlbəttə ki, Dünya Bankının maliyyəsi hesabına.
Burada bir qapalı dairə var: Biya rejimin başındadır, formal olaraq demokratiyadır. Prezident və onun ətrafı çox gözəl bilir ki, hakimiyyətdə həmişəlik qalası deyillər. Məsələn niyə yeni yol salınsın əgər hakimiyyət dəyişilənə qədər köhnəsi hələ istifadə edilə bilirsə? Bu vəziyyətdə əlbəttə çıxış yolu kimi, optimal variant Biyanın ömürlük diktator elan edilməsi ola bilərdi. Bu halda öz ölkəsinin inkişafında daha maraqlı ola bilərdi. Amma beləliklə Qərbdən gələn maliyyədən məhrum ola bilər, ona görədə seçkiləri təkrarlamaqla demokratiyanın “əsas prinsiplərindən birinə” hörmət etdiyini göstərməyə çalışır.
Beləliklə, amerikalı iqtisadçı Erik Reinert və Fareed Zakaria oxşar ümumi bir nəticəyə gəlirlər: Əgər sıradan insanların sərmayələrini qoruya bilən hər hansi bir işlək institut mövcud deyilsə (məslən ədliyyə) inkişaf üçün hər hansı bir cəhd nəticə verməyəcək. Qərbin azad cəmiyyətin əsası hesab etdiyi seçkilər və azad bazar iqtisadiyyatı bu halda xaosa və sonunda diktaturaya gətirib çıxarır.
İngiltərənin keçmiş koloniyalarında vəziyyət fransizlara nisbətən daha fərqlidir, çünki ingilis koloniyalarında lazımi institutlar formalaşdırıldığı halda fransızlar Şimali Afrikada bunun üçün “özlərinə əziyyət verməyiblər”.
İnsan cəmiyyətləri təsadüf nəticəsində indiki inkişaf səviyyəsinə gəlib çatmayıblar, ən uğurluları inkişafın əzəvolunmaz fazasını keçərək bugünkü vəziyyətə gəlib çatıblar.
Demokratiya bir cəmiyyətin ancaq müəyyən inkifaş səviyyəsindən sonra özünü doğrulda bilər. Başqa ölkələrə “demokratiya ixracı”nın fəsadlarını da indi İraq, Əfqanıstan və digər ölkələrin misalında hamımız görürük....
(məqalədə müxtəlif xarici jurnallarda çap edilmiş məlumatlardan istifadə edilib).