Növbəti iki gündə hava küləkli olacaq

Növbəti iki gündə hava küləkli olacaq
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında avqust ayının 8-9-da hava şəraiti yağmursuz olacaq.
Onun sözlərinə görə, növbəti iki gündə hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir: "Şimal küləyi əsəcək, arabir güclənəcək".
G.Məmmədova bildirib ki, növbəti iki gündə əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir".
O qeyd edib ki, növbəti iki gündə havanın temperaturunda dəyişiklik gözlənilmir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az