Obama Yaponiya prezidentindən üzr istədi

Obama Yaponiya prezidentindən üzr istədi
ABŞ prezidenti Barak Obama yaponiyalı həmkarı Sindzo Abeyə zəng edərək ondan «WikiLeaks»də dərc olunan son məlumatlara görə üzr istəyib.

Vətəninfo.az-ın məlumatına görə, Strateq.az BBC-yə istinadən xəbər verir ki, həmin məlumatlarda ABŞ-ın yüksək vəzifəli yapon məmurları izlədiyindən bəhs olunur. Obama Sindzo Abeylə telefon söhbətində bildirib ki, Yaponiyada böyük mübahisələrə səbəb olan bu olaydan təəssüf hissi keçirir. 
Qeyd edək ki, «WikiLeaks»in bu il iyulun sonunda dərc etdiyi həmin məlumatda ABŞ Milli Təhlükəsizlik Agentliyinin yapon siyasətçi və biznesmenlərini sistemli şəkildə izlədiyi bildirilirdi. 
Məlumatda agentlik tərəfindən mütəmadi şəkildə dinlənilən 35 telefon nömrəsi də əksini tapmışdı. Onların arasında Yaponiyanın hökumət üzvlərinə, xüsusən nazirlərə məxsus nömrələr də var idi. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az